Qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmənin eşitmə itkisinə səbəb olduğu təyin olundu. Prof. İrfan Papila, "Yüksək səs, iç qulağa ziyan verərək gəncləri kar edir" deyərək gəncləri xəbərdar etdi.
Texnologiyanın inkişafıyla həyatımıza girən mp3 çalan cib telefonları və walkmanlar, bir çox sağlamlıq problemini də özü ilə gətirdi. Qulağın içinə taxılan qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmək, eşitmə itkisinə səbəb olur. Prof. Dr. İrfan Papila, "Cib telefonu və walkman kimi vasitələrin səsini sonuna qədər açdığınızda, yüksək səsi qulaq kanalından içəri vermiş olarsınız. Bu vəziyyət iç qulağa ziyan verir" dedi. Səs-küyə bağlı eşitmə itkinlərinə ‘akustik zədə' deyildiyini ifadə edən Prof. Papila, bu vərdişin qulaq zingildəməsi, yuxu pozuqluqları, narahatlıq və yüksək təzyiq kimi narahatlıqları da özü ilə gətirdiyini söylədi. İnsanların gündəlik həyatda d
... Read more »