Friday, 2024-05-17, 4:56 AM
Welcome 11a | RSS

HACKERMCSOFT© 2009

Bölmələr
Reytinq
Saytın dizaynı necədir?
Toplam cavablar: 143
Statistika

Total online: 1
Guests: 1
Users: 0
Axtar

Main » 2009 » March » 17 » Torpaq çərşənbəsi
8:41 PM
Torpaq çərşənbəsi

Novruz gəlir, Yaz gəlir

Bir əlində saz gəlir 




Novruz bayramının sonuncu çərşənbəsi - ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.
Göründüyü kimi, Novruz bayramının ritual-mifoloji semantikasında yaradılış mifik görüşləri son dərəcə sistemli bir mifoloji sistem olaraq mövcudluğunu qoruyub saxlamaqdadır.


Dediyim kimi, bu mövzuda novruz və çərşənbələrlə bağlı adətlərimiz, inanclar, sınamalar, fal və s. yer alacaq. Çox yaxşı olardı ki, təəsüratlarınızı və sizin uşaqlıqlarınızın bayramlarını daha əhəmiyyətli edən amilləri də yazasınız. 

Diqqətinizə isə bəzi "axır çərşənbə" inanclarını çatdırmaq istərdim:

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər.. 
*** 
Axır çərşənbədə uşağa beşik düzəldərlər. 
*** 
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar. 
*** 
Axır çərşənbədə tonqal yandırarlar. 
*** 
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar 
*** 
Axır çərşənbədə qorxanların başından su töküb qorxunu alarlar. 
*** 
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar. 
*** 
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar. 
*** 
Axır çərşənbədə çimərlər. 
*** 
Axır çərşənbədə evdən pul verməzlər. 
*** 
Axır çərşənbədə qonşuya ələk verməzlər. 
*** 
Axır çərşənbə günü borc un verməzlər. 
*** 
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər. 
*** 
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar. 
*** 
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər. 
*** 
Axır çərşənbə günü evdən ağartı verməzlər. 
*** 
Axır çərşənbə günü zahı üstünə getməzlər. 
*** 
Axır çərşənbə günü evdən çörək verməzlər. 
*** 
Axır çərşənbə gecəsi tez yatmazlar. 
*** 
Axır çərşənbə gecəsi evdə qazan asarlar. 
*** 
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar. 
*** 
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. 
*** 
Axır çərşənbə günü ertədən lampa yandırarlar.



Novruz falları 

Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən. 

*** 

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar. 

*** 

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzüüstə düşərsə oğlan olacağı gözlənilir. 

*** 

İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bi iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil. 

*** 

Qorxan adamın başının əstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır. 

*** 

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz. 

*** 

Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub. 

*** 

Ilin axır çərşənbə gecəsiürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib. 

*** 

Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Category: Dəyərli yazılar | Views: 1085 | Added by: kbt10b | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Təqvim
«  March 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Dost saytlar
Mini chat

Copyright MyCorp © 2024