Friday, 2024-05-17, 7:13 AM
Welcome 11a | RSS

HACKERMCSOFT© 2009

Bölmələr
Reytinq
Saytın dizaynı necədir?
Toplam cavablar: 143
Statistika

Total online: 1
Guests: 1
Users: 0
Axtar

Main » 2009 » February » 27 » Xocalı faciəsindən 17 il keçir...
0:08 AM
Xocalı faciəsindən 17 il keçir...

XOCALI SOYQIRIMI
 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdı. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdu. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.
 

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
63 nəfəri; uşaqlar
106 nəfəri qadınlar
70 nəfəri qocadır. 
8 ailə tamamilə məhv edilmişdir; 
25 uşaq hər iki valideyninin itirmişdir; 
130 uşaq valideynlərindən birini itirmişdir; 
 

487 nəfər yaralanmışdır, onlardan: 
76 nəfəri uşaqlardır.
1275 nəfər əsir götürülmüşdür; 
150 nəfər İtkin düşmüşdür; 
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur.
 

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiası və beynəlxalq hüquqa zidd olan bu iddianın gerçəkləşdirilməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dəhşətli, faciəvi miqyasından xəbər verir.


 
 

Xocalı - əsas hədəf


Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır.
Xocalı, əhalinin tarixin ən erkən çağlarından məskunlaşdığı yerdir və burada qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri -daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mabzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birinin üzərində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Müasir Xocalının əhalisi əsasən üzümçülük, heyvandarlıq,arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb fəaliyyət göstərirdi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bir qismi də burada məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.
"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.


 
 

Faciənin xronikası


Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da artiq avtomobil əlaqəsi kəçilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. Fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş Ə.Vilayəti fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq, tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralnmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gişlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətraflarının kəsilməsi, onlarda çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
 

Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar minlələr ölənlər barədə xəbər verirlər”.
“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.
“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”.
“Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çöxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.
“Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır”.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
 

"Memorial" hüquqmüdafiə mərkəzinin hesabatından:
“Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən qismən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı icra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq, dinc əhali tam evakuasiyasa olunmamışdı”.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
 

Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə “Artsaxın Milli Azadlıq Ordusu”nun (AMAO) hissələri iştirak edirdi.
 

Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı
Demək olar ki, bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri də, iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.
 

Hücumun gedişi
Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdı. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişlər.
Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
 

Əhalinin çıxması üçün “azad dəhliz“
Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfəri sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. “Azad dəhliz”lə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə güllələyə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur.
 

Şəhərdə qalmış əhalinin müqəddəratı
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 nəfər dinc əhali, o cümlədən 86 nəfər məshəti-türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə şəhərdə və Ağdam yolunda əsir götürülmüş 700 nəfərdən artıq Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
 

Xocalı sakinlərinin əmlakı
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Memorial”ın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı.
 

Alınmış məlumatların qiymətləndirilməsi
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir. “Azad dəhliz” barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmamışdır.
“Azad dəhliz” və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına hec bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişlər.
“Memorial” Hüquq müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
maddə 2. Hər bir şəxs dilindən, ... dinindən, ... milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunalmazlıq hüququ vardır.
maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsinin qadağandır.
Silahlı dəstlərin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.


 
 

366-cı alay


 

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndindən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilməyiblər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticsəində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayyətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur.
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycnın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vadalizmin əsas cinayətkarlarıdır.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır.
Bu faciədə həmçinin Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov, Azərbaycanın prezidenti və Ali Baş Komandan olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vəhəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədə Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlın törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.


 
 

Tarix unutmayacaqdır


Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsinı ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarçısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.


 


 

 «Героические, отважные сыны нашего народа, сражаясь во имя защиты наших земель, Пали шехидами. Но особое место во всей этой истории занимает ходжалинская трагедия… Это, с одной стороны, – пример преданности каждого жителя Ходжалы к своей земле, нации, родине. С другой стороны, это – геноцид, совершенный националистическими, варварскими силами Армении против Азербайджана, – невиданное проявление изуверства».

Гейдар Алиев

 

Ходжалы. В 1992 году название этого древнего азербайджанского населенного пункта разнеслось по всему миру, и трагедия, произошедшая здесь, осталась в истории человечества, как одна из самых кровавых событий.

Память о страшной бойне, известной под названием Ходжалинской трагедии, вот уже больше десятилетия витает над планетой, потрясая сердца, омрачая умы. В ночь с 25-го на 26 февраля 1992 года армянские вооруженные формирования, при участии 366-го мотострелкового полка приснопамятной советской армии превратили город Ходжалы в руины и пепелища. Сотни мирных жителей – женщин, стариков, детей были зверски убиты, замучены, искалечены, взяты в заложники.

Это преступление стало очередным проявлением целенаправленной армянской политики геноцида и экспансии против азербайджанцев. Особо отметим – это был не первый случай, когда Ходжалы стал мишенью армянских пуль. Это древний азербайджанский населенный пункт на протяжении ХХ века трижды разрушался армянами. Но, увы, эти посягательства замалчивались и не предавались широкой огласке. Быть может, именно по причине намеренно насаждаемого исторического беспамятства стало возможно повторение происходивших в Карабахе на заре века событий вновь – на исходе минувшего столетия.

Пока исконная азербайджанская земля – Карабах находится под оккупацией заклятого врага, пока этот благословенный край нашей родины не освобожден от захватчиков, и беженцы-соотечественники не вернулись в родные очаги, каждый из нас в меру сил и возможностей должен стремиться донести до мировой общественности правду об армянской агрессии, о ее тягчайших последствиях и содействовать восстановлению и утверждению справедливости.

Это наш священный долг перед нашими оккупированными и разрушенными городами и сёлами, уничтоженными историческими и культурными памятниками, перед разрушенными могилами наших отцов и дедов, перед скорбным духом наших предков, витающих над поруганной землей, перед памятью отцов и детей, братьев и сестер, павших шехидами, наконец, перед собственной совестью.

В этот трагический для нашего народа день, в день 17 годовщины Ходжалинской трагедии мы, с глубоким прискорбьем чтим память всех погибших в Ходжале и приносим свои соболезнования семьям, потерявших своих близких и всему Азербайджанскому народу.

"Heroic and courageous sons of our nation fighting for the sake of protection of our lands have become martyrs. But the Khodjaly tragedy has significant place in all of these events. From one hand it's a sample of faith of each Khodjaly inhabitant to own land, nation and Motherland. From other hand, it's a genocide caused by the nationalistic and barbarian forces of Armenia against Azerbaijan as well as an unprecedented expression of bigotry"

Heydar Aliyev


Khodjaly... In 1992 the name of this ancient settlement of Azerbaijan spread all over the world and the tragedy happened here remained in the history of mankind as one of the most murderous events.

The memory of the horrible massacre known as Khodjaly tragedy has been flying over the planet shaking hearts and saddening minds. The night from 25th to 26th of February in 1992 the Armenian forced groups with participation of the 366th shooting regiment of the notorious soviet army made the Khodjaly town ruins and site of fire. Hundreds of peaceful inhabitants including women, old men and children were brutally murdered, young and old alike as well as tortured, crippled and became hostages.

This crime was the, next expression of the purposeful Armenian policy of genocide and expansion against the Azerbaijan people. It's specifically notable that it wasn't the first events when Khodjaly became a target for Armenian bullets.

During the 20th century this ancient settlement of Azerbaijan was collapsed by Armenians thrice. Unfortunately, these infringements were concealed about and didn't receive publicity. Probably namely this intentionally implanted historical swoon made possible reiteration of the events happened in Garabagh in the beginning of the century again in the end of the last century.

Whilst Garabagh, a native land of Azerbaijan is under occupation of implacable enemy, while this blessed area of our Motherland isn't free of aggression and our refugee compatriots aren't back own homes each of us is liable to have effort to the world community the truth regarding the Armenian aggression and its severe results as well as render aid to rehabilitation and certification of justice.

It's our most saint duty in front of the occupied and collapsed cities and towns, destroyed historical and cultural monuments, spirits of our ancestry and their graves ruined by enemy, our martyrs and at last, in front of own conscience.

Seventeen years have passed since the Khodjaly tragedy, but the ache of Khodjaly as well as tears and blood of the Khodjaly inhabitants would never be forgotten.

This memory will remain in the hearts of the present and future generations.

We believe in triumph of justice. Our destroyed towns and villages will arise from ruins and the territorial integrity of the independent Azerbaijan will be restored!



Category: Dəyərli yazılar | Views: 575 | Added by: kbt10b | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Təqvim
«  February 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
Dost saytlar
Mini chat

Copyright MyCorp © 2024